AB Xarici İşlər Nazirləri Şurasının noyabrın 13-14-də Brüsseldə keçiriləcək iclasında Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsi müzakirə olunacaq.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu AB-nin Xarici Əlaqələr Xidmətinin yüksək səviyyəli nümayəndəsi bildirib.
O vurğulayıb ki, Cənubi Qafqazda sülh Avropanın təhlükəsizliyi baxımından mühüm amildir.
Ermənistanda AB-nin müşahidə missiyasının fəaliyyətini genişləndirib-genişləndirməyəcəyi barədə də danışan rəsmi Birliyin bu istiqamətdə işini davam etdirmək istədiyini söyləyib:
"Ermənistanla təhlükəsizlik siyasəti üzrə dialoq davam edir və AB Ermənistandakı missiyası ilə bağlı məsələləri və digər mövzuları müzakirə etməyə ümid edir".