2024-cü ildən Tula vilayətində Rusiya Federasiyasında patent əsasında işləyən miqrantların müəyyən fəaliyyət növlərinə cəlb edilməsinə qadağa qoyulması planlaşdırılır.
QAZİLER.AZ Lent.az-a istinadla bildirir ki, müvafiq sənədin layihəsi regional hökumət portalında dərc olunub.
Xüsusən də, əcnəbilər spirtli içki və tütün məmulatlarının satışı ilə məşğul olan mağazalarda, sərnişin daşımalarında (şəhər və şəhərətrafı nəqliyyat da daxil olmaqla), ictimai iaşə obyektlərində işləyə bilməyəcəklər.
2024-cü il yanvarın 1-dək müvafiq fəaliyyətlə məşğul olan təşkilatların rəhbərləri “əcnəbi işçilərin sayını fərmana uyğun gətirməlidirlər”.