Hazırda Ermənistan və Azərbaycan sülh müqaviləsi üzərində işləməkdə davam edir.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN başçısının müavini Vaan Kostanyan məlumat verib.
Konstanyanın sözlərinə görə, iki ölkə rəhbərləri arasında görüşlərin olmamasına baxmayaraq, dialoq davam edir:
“Biz digər vasitələrlə daim əlaqə saxlayırıq. Yüksək səviyyəli yeni görüşü səbirsizliklə gözləyirik”, - Kostanyan izah edib.
O həmçinin bildirib ki, Ermənistan və Azərbaycan nümayəndələrinin növbəti dəfə harada və nə vaxt görüşə biləcəyini demək üçün hələ hazır deyil:
“İnanmıram ki, Bakı ilə danışıqlar dalana dirənib”.