Bakı “dəyişək” təklifini qəbul etməyəcək - Ağazaryan

Bakı “dəyişək” təklifini qəbul etməyəcək - Ağazaryan backend

Bildiyim qədərilə, Azərbaycanla Ermənistan arasında anklavlar məsələsi müzakirə edilmir, ancaq belə bir məsələnin olmadığını demək də yanlışdır.

QAZİLER AZ  Axar.az-a istinadən  xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Mülki Müqavilə Partiyasından olan deputat Ovik Ağazaryan çıxış edib.

Erməni deputat hesab edir ki, iki ölkə arasında sülh müqaviləsinin əsas bəndləri təmin edildikdən sonra anklavlar məsələsi gündəmə gələcək və hansısa yolla həllini tapacaq.

Onun fikrincə, ən yaxşı variant anklavların dəyişməsidir:

“Ancaq Azərbaycan bunu qəbul etməyəcək və deyəcək ki, bizim olan bizim, sizin olan sizindir. Nəticədə buralar qeyri-sabitlik ocaqları olacaq. Buradan belə çıxır ki, Azərbaycan Ermənistanı sıradan çıxarmaqla Türkiyə ilə bu bölgədə sülh yaratmaq istəyir".

 

 

 

Diaspora