Belə məmurları işdən çıxarmağa başlayaca0m - Kadırov

Belə məmurları işdən çıxarmağa başlayaca0m - Kadırov backend

“Mən belə məmurları işdən çıxarmağa başlayacam”.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu fikirləri Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bildirib.

“Biz çeçen dilinin populyarlaşdırılması üçün çox iş görürük. Amma elə olur ki, mənim komandamın nümayəndələrinin övladları çox vaxt çeçen dilini bilmirlər. Mən komandamdan belə məmurları işdən çıxarmağa başlayacağam”, - deyə Çeçenistan rəhbəri bildirib.

Kadırov qeyd edib ki, uşaqlara çeçen dilini ilk növbədə valideynləri öyrətməlidir, çünki uşaq bağçalarında və məktəblərdə əsas diqqət rus dilinin öyrənilməsinə verilir.

 

 

Diaspora