“Qarabağı işğaldan azad edən Can Azərbaycanın böyük zəfərinin üçüncü ildönümünü qürur və coşqu ilə təbrik edirik”.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu 8 Noyabr- Zəfər Günü münasibətilə “X” hesabında yazıb.
O, Azərbaycan dövləti və xalqını təbrik edib: “Əziz şəhidlərimizi rəhmətlə anıram. Qəhrəman hərbçilərimizə, qazilərimizə minnətdarıq. Tək millət, iki dövlət olaraq hər zaman Azərbaycanın yanındayıq”.