Şanlı Ordumuz qələbə qazanaraq ədaləti bərpa etdi - Ceyhun Bayramov

Şanlı Ordumuz qələbə qazanaraq ədaləti bərpa etdi - Ceyhun Bayramov backend

Xarici işlər naziri Ceyhun Bayramov Zəfər Günü münasibətilə paylaşım edib.

QAZİLER.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsində paylaşım edib.

“Artıq 3-cü ildir ki, təqvimlərimizdəki işğal tarixlərini qələbə günlərilə əvəzləyən Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuzun qazanaraq ədaləti bərpa etdiyi parlaq qələbəni, 8 Noyabr-Zəfər Gününü qeyd edirik. Bayramın mübarək, Azərbaycan, sənə Zəfər yaraşır!”, - deyə qeyd edilib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

 

 

Diaspora