İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib ki, Vaşinqtonun İsrailə tam dəstəyi ABŞ-a qarşı yeni cəbhələrin açılmasına səbəb ola bilər.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə o, Bloomberg-ə müsahibəsində danışıb.
Bildirib ki, Birləşmiş Ştatlar başqalarına təmkinli olmağı tövsiyə edir, lakin o, İsraili tam dəstəkləyir.
İranın baş diplomatı vurğulayıb ki, "ABŞ öz gördüyü işləri davam etdirsə, ABŞ-a qarşı yeni cəbhələr açılacaq".
Onun sözlərinə görə, münaqişənin kəskinləşməsi Qəzza zolağının əhalisinin daha da qırılmasına gətirib çıxaracaq və nəticədə “bütün regionda vəziyyət nəzarətdən çıxa bilər”.
“Amerika tərəfi həqiqətən də müharibənin genişlənməsini və daha da pisləşməsini istəyib-istəmədiyinə qərar verməlidir”, - Abdullahyan bildirib.
“Yeni cəbhələrin açılması qaçılmazdır və bu, İsraili öz hərəkətlərindən peşman edəcək. Vəziyyət partlayış ərəfəsindədir. Hər şey mümkündür, istənilən cəbhə açıla bilər”.
“Biz Suriyaya və regionun digər bölgələrinə yeni qoşun göndərməmişik. Amma bu, təkcə baş verənləri izlədiyimiz kimi deyil. İran İslam Respublikası öz milli maraqlarına uyğun hərəkət edəcək”, - deyə o, yekunlaşdırıb.