Qazaxıstan Donbas səfərinə görə rusiyalı komediyaçıdan qisas aldı

Qazaxıstan Donbas səfərinə görə rusiyalı komediyaçıdan qisas aldı backend

Qazaxıstanda onlayn xidmətlər rəhbərliyi qazax əsilli rusiyalı komediya aktyoru Əzəmət Musaqaliyevin oynadığı "Şənlər və Bacarıqlılar Klubu"nun məşhur  "Kamizyaki" şousuna biletlərin satışını dayandırıb.

QAZİLER.AZ  yerli mətbuata istinadən verdiyi məlumata görə, Astana və Almaatıda konsertlər ləğv edilib. Saytlar xəbər verir ki, tədbirin ləğvinə səbəb təşkilatçıların qərarı olub. Musaqəliyevin həmkarları ilə Donbasın  faşistlərdən azad edilməsinin 80 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etmələri Qazaxıstanda narazılığa səbəb olub .

Qazaxıstan ictimaiyyəti vəziyyətə şiddətli qəzəblə reaksiya verib, indi arzuolunmaz komediyaçının çıxışlarının ləğvi üçün imza toplanması təşkil edilib.

QAZİLER.AZ

Diaspora