Puqaçovanın direktoru müğənninin Kiprə səfəri ilə bağlı xəbərə münasibət bildirib

Puqaçovanın direktoru müğənninin Kiprə səfəri ilə bağlı xəbərə münasibət bildirib backend

Alla Puqaçovanın direktoru Yelena Çuprakova müğənninin ailəsi ilə birlikdə Kiprə uçması ilə bağlı yayılan xəbərləri təkzib edib. O, bu barədə “Paragraph” internet saytına müsahibəsi zamanı danışıb.

Çuprakova bildirib ki, onun bu xəbərdən məlumatı yoxdur. 

"Yox. Bu barədə heç nə bilmirəm. Məndə belə bir məlumat yoxdur" deyə, Çuprakova bildirib.

QAZİLER.AZ verdiyi məlumata görə, oktyabrın 23-də yerli mətbuat  müğənninin yaxınlarına istinadən  yazıb ki, Alla Puqaçova kiçik övladları Liza və Harri ilə birlikdə İsraili tərk edərək Kiprə gedib. Qəzetin yazdığına görə, Diva Kipr pasportundan istifadə edib və gələn ili adada keçirəcək.

Oktyabrın 19-da müğənninin əri, komediya ustası Maksim Qalkin (Rusiya Federasiyasında xarici agent kimi tanınır) İsraili tərk edərək Kiprə gəldiyini açıqladı.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Qalkin və Puqaçova uşaqları ilə birlikdə Rusiyadan İsrailə köçmüşdü. 2022-ci ilin sentyabrında Qalkin xarici agent kimi qara siyahıya daxil edilib. 

QAZİLER.AZ

Diaspora