İsrail öz vətəndaşlarını bəzi ərəb ölkələrinə səyahətlə bağlı çağırış edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.
Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyindən verilən açıqlamada Misir və İordaniya üçün həyəcan siqnalının 4-cü dərəcəyə (yüksək təhlükə - red) yüksədildiyi bildirilib və israillilərə bu ölkələri dərhal tərk etmək çağırışı edilib.
Mərakeş üçün təhlükə səviyyəsi 3-ə qaldırılıb və israillilərə bu ölkəyə vacib olmayan səyahətlərdən çəkinmələri tövsiyə edilib.
Elanda əlavə olaraq Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn də daxil olmaqla, bütün Yaxın Şərq və ərəb ölkələrində qalmamaq tövsiyə olunub.
Bundan əlavə, Malayziya, Banqladeş, İndoneziya və Maldiv adaları kimi ölkələrə səyahətdən çəkinməyi tövsiyə edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə İsrail MTŞ-nin İranın qonşularına (o cümlədən Azərbaycana) da səfərdən çəkinmək çağırışı etdiyi haqda məlumat yayılsa da, İsrail mediası və rəsmi saytlarında bu məlumata rast gəlmək olmur.