Hüquqşünas Xalid Bağırov məhkəməyə verildi

Hüquqşünas Xalid Bağırov məhkəməyə verildi backend

Azərbaycan Vəkillər Kollegiyası hüquqşünas Xalid Bağırovu kollegiya ilə bağlı mətbuatda dərc olunan fikirlərinə görə məhkəməyə verib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, buna səbəb hüquqşünasın Meydan TV-də yayılmış “Hakim oğlunun idman-fitnes biznesi” araşdırmasında Vəkillər Kollegiyasının ünvanına fikirlər səsləndirməsi olub.

Sözügedən araşdırmada qeyd olunub ki, Azərbaycanın idman və fitnes sektorunda böyük paya sahib “Push30” şirkəti Pirallahı rayon Məhkəməsinin sədri Faiq Qasımovun oğluna məxsusdur və Vəkillər Kollegiyası bu şirkətlə müqavilə bağladığı üçün kollegiya üzvləri xüsusi endirimlərdən istifadə edirlər.

X.Bağırov isə kollegiyanın şirkətlə hansı şərtlərlə müqavilə bağlamasını sorğulayıb.

Bundan sonra Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib. Onun üzr istəməsi və 1000 manat cərimə ödəməsi tələb edilib.

 

 

Diaspora