Rusiyaya qarşı sanksiyalar Moskvanı iqtisadi baxımdan diz çökdürə bilməz.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, Qərbin sanksiyalarının Avropa İttifaqında Rusiyaya təsiri məsələsi müzakirə edilmir:
“Sanksiyaların Rusiyaya təsiri məsələsini də müzakirə etməliyik: onlar kimə daha çox ziyan vururlar - bizə, yoxsa Moskvaya, bunların mənası varmı, nəticə verdimi, məqsədlərinə çatdılarmı? Sülhə yaxınlaşmaq üçün “Rusiyanı iqtisadi cəhətdən diz çökdürün” şüarına müvəffəq olduq, ya yox... Düşünürəm ki, nəticə vermədiyi açıq-aydın görünür”, - deyə o əlavə edib.
Bundan əvvəl Sziyarto bildirib ki, Macarıstan Rusiya ilə enerji sahəsində əməkdaşlıqdan razıdır. Onun sözlərinə görə, Budapeşt Moskva ilə müqavilə əsasında qaz həcmlərini həmişə vaxtında alıb.