O ki qaldı, gələcək planlarımıza, burada da əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik var. Biz Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında böyük məmnuniyyətlə iştirak edə bilərik.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tiflisdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.
Gürcüstanın baş naziri ilə görüşdə Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğulayan dövlət başçısı qeyd edib:
“Bildiyiniz kimi, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tiflis-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması, əlbəttə ki, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək”.