Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığında İsraildəki son vəziyyəti müzakirə edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbələri məlumat yayıb.
Qeyd edək ki, bundan öncə Hakan Fidan 5 ölkənin - Qətər, Səudiyyə Ərəbistanı, Misir, Fələstin və İranın xarici işlər nazirləri ilə regiondakı durumu müzakirə etmişdi.
Xatırladaq ki, HƏMAS “İslami-Cihad”la birgə ötən gün səhər saatlarından İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrailə 5 min, o cümlədən paytaxt Təl-Əvivə 150 raket atılıb.
İsrail ordusu cavab tədbirləri görür.