Millət vəkili, tanınmış iqtisadçı alim Vüqar Bayramov HƏMAS qüvvələrinin İsrailə hücumu ilə başlayan qarşıdurmada İsraili dəstəkləyib.
QAZİLER.AZ Axar.az- a istinadən xəbər verir ki, bu barədə millət vəkili sosial şəbəkə hesabında yazıb.
Millət vəkili 2020-ci il Zəfər günündə Azərbaycan, Türkiyə və İsrail bayraqlarına bürünərək qələbəni qeyd edən azərbaycanlıların fotosunu paylaşmaqla verdiyi mesajı bu sözlərlə tamamlayıb:
“Bu çətin zamanda İsrail xalqının yanındayıq”.
Qeyd edək ki, HƏMAS-ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 250-dən çox yerli sakin ölüb, 1452 nəfər xəsarət alıb.