Qənirə Paşayevanın çox ağır vəziyyəti davam etməkdədir”

Qənirə Paşayevanın çox ağır vəziyyəti davam etməkdədir” backend

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.

QAZİLER.AZ  Lent.az-a istinadən xəbər verir ki, baş həkim bildirib ki, deputat dünən səhər saatlarında təcili yardım xidməti ilə çox ağır, şok vəziyyətində Klinikanın təcili yardım şöbəsinə müraciət edib: “Bizə müraciət edəndə huşu aydın deyil idi. Bütün kliniki göstəriciləri şok klinikası ilə uyğun idi. Xəstə reanimasiya şöbəsinə alındı. Hal-hazırda Qənirə xanımın müalicəsi reanimasiya şöbəsində davam edir.

Deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin diqqət mərkəzindədir və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti altındadır. Onun bütün tapşırıqları istiqamətində işlər aparılır. Bu gün səhər saatlarında Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov xəstəni ziyarət edib.

Müalicələr davam edir, lazımı konsultasiyalar olunur. Birdən çox bütün tibbi ixtisas həkimləri müalicəyə cəlb olunub. Əlimizdə olan bütün tibbi imkanlardan istifadə olunur. Türkiyədəki həmkarlarımızla da daimi əlaqədəyik. Qənirə xanımın bu ağır vəziyyətə düşməsinin səbəbləri araşdırılır, indi əsas məqsədimiz xəstəliyin şok klinikasının gedişatını dayandırmaqdır. Aparılan müalicələr nəticəsində cüzi də olsa stabillik əldə olunub, lakin xəstəmizin çox ağır vəziyyəti davam etməkdədir. Hələ də huşu aydın deyil”.

O da bildirilib ki, deputat süni nəfəs aparatına qoşulub.

 

 

Diaspora