ABŞ-da riyakarlıq, xəyanət və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür - ŞƏRH

ABŞ-da riyakarlıq, xəyanət və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür - ŞƏRH backend

ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür.

Bu barədə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə ABŞ konqresində sonuncu dinləmələr zamanı onların Dövlət Departamenti rəsmisinin, ermənipərəst konqresmenlərin Azərbaycana qarşı sərt açıqlamalarını AZƏRTAC-a şərh edərkən söyləyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ hazırda taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, İkinci Qarabağ savaşındakı Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır, qatı ermənipərəst və antitürk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır.

İctimai Birliyin sədri deyib ki, Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və öz gücünə torpaqlarını işğaldan azad etdi. Bu gücə və cəsarətə malik dövlətimizin mövcudluğu ABŞ, Fransa və digər bəzi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir. Buna görə indi də rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradır və bu hərəkət “şou" kimi qiymətləndirilə bilər.

“Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm də Ağdam yolunun açılmasını xahiş etsə də, bu ölkə razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, mövqeyindən geri çəkildi və bu gün istər Dövlət Departamenti, istərsə də Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır”, - deyə B.Məmmədzadə vurğulayıb.

 

 

Diaspora