Azərbaycanın Qarabağ bölgəsində erməni quldurlarının keçmiş başçısı Arayik Arutyunyan “Sülhməramlı” məlumat bazasına daxil edilib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, o, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunur.
Saytda Arayik Arutyunyanın Ukrayna ərazilərinin işğalı ilə bağlı çoxsaylı təşviqat faktları təqdim edilib.
“Sülhməramlı” Mərkəzi hüquq-mühafizə orqanlarından xahiş edir ki, internet saytında dərc edilmiş bu paylaşımı sözügedən şəxsin Ukraynanın milli təhlükəsizliyinə, sülhə, bəşəriyyətin təhlükəsizliyinə və beynəlxalq hüquqa qarşı qəsdən hərəkətlər törətməsi, eləcə də digər qanun pozuntularına dair bəyanat kimi qiymətləndirsin”, - deyə məlumatda bildirilib.