Azərbaycan XİN Ermənistanın mina terrorunun pislənilməsini istəyib

Azərbaycan XİN Ermənistanın mina terrorunun pislənilməsini istəyib backend

Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.

QAZİLER.AZ  APA-ya istinadən verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bunu "X" sosial şəbəkəsində yazıb.

Qeyd edilib ki, 2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub: “Biz bu cür düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik”.

Qeyd edək ki, sentyabrın 10-u saat 13:30 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlu Ağdam rayonu ərazisində bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

 

 

Diaspora