Bu gün Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq yükü Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq Ağdam-Əsgəran yolu ilə Xankəndi istiqamətində gedəcək.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Bu, ayrıca sövdələşmədir və o demək deyil ki, Laçın-Xankəndi yolu eyni vaxtda açılır.
Azərbaycan sentyabrın 1-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoş niyyətli jest kimi razılığını bildirdi. Lakin qanunsuz rejim bundan imtina etdi.
Laçın buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir", - PA rəsmisi qeyd edib.