Avropa meşələri iqlim böhranı səbəbindən ciddi təsirə məruz qala bilər

Avropa meşələri iqlim böhranı səbəbindən ciddi təsirə məruz qala bilər backend

Avropa meşələri iqlim böhranı səbəbindən ciddi təsirə məruz qala bilər. Ağac növləri yox olmaq riski daşıyır.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu nəticəyə İtaliyanın Ka Foskari Universitetinin və Milli Biomüxtəliflik Mərkəzinin alimləri gəliblər. Tədqiqat “Frontiers in Forests and Global Change” (FFGC) elmi jurnalında dərc olunub.

Mütəxəssislər İtaliyanın Apennin və Alp dağlarının beş bölgəsində ağac növlərinin yayılması üçün proqnozlar hazırlayıblar. Onlar məlumatları iqlim dəyişikliyinin iki əsas ssenarisi üzərində işləyiblər. Bu ssenarilərdən biri istixana emissiyalarının azaldıldığı, digəri isə eyni səviyyədə qaldığı ehtimalıdır. Alınan məlumatlar əsasında mütəxəssislər 2050-ci ilə qədər meşə plantasiyaları üçün torpaqların yararlılıq xəritələrini də hazırlayıblar.

Komanda müəyyən edib ki, əksər ağac növləri iqlim dəyişikliyi səbəbindən azalacaq, bəzi növlər isə istiləşmədən faydalanacaq və yayılma arealını genişləndirəcək. İqlim dəyişikliyinə ən həssas növlər küknar və fıstıq ağaclarıdır.

Ümumiyyətlə, meşə xətti daha yüksək dağlara doğru hərəkət edəcək. Alp çəmənliklərinin və digər yüksək dağlıq ekosistemlərin bir hissəsinin məhv olması da mümkündür, çünki onların yerini meşələr tutur.

Bundan əvvəl elm adamları qlobal istiləşmə səbəbindən 1,5 mindən çox sahilətrafı bağların və bataqlıqların su altında qala biləcəyini bildiriblər.

 

 

Diaspora