İranda internet yenə çökdürüldü.
Güneyli soydaşlarımızın təşkilatımıza verdikləri məlumata görə molla rejimi ölkənin bütün bölgələrində interneti çökdürüb, Sosial şəbəkələrə girişi bloklanıb. VPN proqramları belə vəziyyəti düzəltməyə tam yardım göstərə bilmir.
Əmir Təbrizi adlı soydaşımız bildirirki vəziyyət çox acınacaqlıdır. ETTELAAT, Bəsic və polis qüvvələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Məqsəd isə yaxın günlərdə planlaşdırılan ümümxalq mitinqlərinin qarşısını nə yolla olur-olsun almaqdır.
Mehdi Zəncani adlı digər soydaşımız isə eyni vəziyyətin Zəncan və ətraf bölgələrdə də hökm sürdüyünü bildirir. Adını açıqlamasını istəməyən digər soydaşımız paytaxt Tehran və əyalətdə vəziyyətin kritik olduğunu milli fəalların həbsinə başlandığını bildirirb.
Qeyd edək ki İran adlanan dövlətin əhalisinin təxminən yarısını 40 milyona dək Azərbaycan türkləri təşkil edir. Son Qacar(Azərbaycan) şahı Əhməd şahın devrilməsindən sonra hakimiyyətə gəlmiş fars soylu Rza xan və xələfinin dövründə ölkədə farslaşdırma, assimilyasiya və qeyri-fars əhaliyə qarşı hər türlü haqsızlıqlar tüğyan etmişdi.
1979-cu il İslam inqilabından sonra hakimiyyətə gələn molla rejimi bu siyasəti daha qatı şəkildə davam etdirməkdədir. Bu səbəbdəndirki ölkədə yaşayan digər xalqlar - azərbaycanlılar, ərəblər, bəluçlar, kürdlər və b. molla rejimindən xilas olmaq üçün uzun illərdir ki mübarizə aparırlar.
Tarixi Azərbaycan torpaqlarının böyük əksəriyyəti İran ərazisində yerləşir. Güneyli soydaşlarımızın qələbə qazanacağı təqdirdə dünya siyasi arenasına paytaxtı Təbriz olacaq o taylı-bu taylı 50 milyonluq olacaq böyük Azərbaycan dövləti daxil olacaqdır.
Azadlıq, ədalət, milli hökumət!
Nicat Sahib oğlu
Moskvada fəaliyyət göstərən "Dünya azərbaycanlıları Assambleyası" sədrinin mili və dini məsələlər üzrə müşaviri
QAZİLER.AZ