"Tokio hərbiləşmədən əl çəkməli və İkinci Dünya Müharibəsinin nəticələrini tanımalıdır".
Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev 3 sentyabrda qeyd olunan Yaponiya üzərində Qələbə Günü münasibətilə Yujno-Saxalinskdə keçirilən tədbirlər çərçivəsində deyib.
Medvedev hesab edir ki, Yaponiyada ABŞ-ın dəstəyi ilə hərbi infrastruktur fəal şəkildə inkişaf etdirilir, xarici silahlar, o cümlədən hücum silahları alınır, xaricdə hərbi əməliyyatlara qoyulan məhdudiyyətlər aradan qaldırılır, Kuril adaları yaxınlığında təlimlər keçirilir.
"Təəssüf ki, Yaponiya hakimiyyət orqanları ölkənin yeni hərbiləşdirilməsini həyata keçirir. Onlar bir vaxtlar şərəfsiz sonunu gözləyən o Yaponiyanın varisləri oldular. Yaponiya tarixdən dərs almalı və İkinci Dünya Müharibəsinin nəticələrini tam tanımalı, üçüncü yanğın alovlanmasın deyə, hər şeyi etməlidir", - Medvedev xəbərdarlıq edib.