Azərbaycan XİN Moldovanı təbrik etdi

Azərbaycan XİN Moldovanı təbrik etdi backend

Azərbaycan Xarici İşlər Nazirliyi Moldovanı Müstəqillik Günü münasibətilə təbrik edib.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsi X səhifəsində paylaşım edib.

“Müstəqillik Günü münasibətilə dostumuz və tərəfdaşımız Moldovanın xalqını və hökumətini təbrik edir və ən xoş diləklərimizi bildiririk! Biz strateji əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik. Milli bayramınız mübarək!”, - sosial şəbəkədə qeyd olunub.

Qeyd edək ki, 1991-ci il avqustun 27-də Moldova SSR-nin Böyük Millət Məclisinin deputatları Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin lehinə səs verib. Beləliklə, bu qərarla Moldova faktiki olaraq SSRİ-ni tərk edib.

 

 

 

Diaspora