Priqojinin təyyarəsi Bakıya enib? - Açıqlama

Priqojinin təyyarəsi Bakıya enib? - Açıqlama backend

Bəzi Rusiya KİV-lərinin “Vaqner” muzdlularının lideri Yevgeni Priqojinlə əlaqələndirdiyi ikinci təyyarənin qruplaşma ilə heç bir bağlılığı yoxdur.

Axar.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə "Jetica" aviaşirkətinin baş direktoru Sergey Trifonov bildirib.

Əsasən “Vaqner” qrupunun “Gray Zone" Teleqram kanalı ilə əlaqəli olan Rusiya KİV-ləri RA-02748 nömrəli ikinci biznes-jeti muzdlu qruplaşma ilə əlaqələndirib və onun da qəza zamanı havada olduğunu bildirib.

Lakin təyyarənin operatoru Rusiyanın “Jetica” MMC şirkəti bu cür əlaqəni təkzib edir.

“Nə təyyarənin özü, nə də sərnişinləri “Vaqner”lə əlaqə saxlanılıblar və heç vaxt da onlarla bağlı olmayıblar”, – Sergey Trifonov bildirib.

Trifonov təyyarənin kimə məxsus olduğunu açıqlamaqdan imtina etsə də, bu hava gəmisinin icarəyə verilmədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, dünən Priqojinin ikinci “Embraer ERJ-135BJ” biznes-jetinin Bakıya enişi barədə məlumat yayılmışdı.

 

 

 

Diaspora