Vaqif Xaçatryan Qarabağdan Ermənistana keçmək istəyərkən qorxu içində olmalı idi.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
“O bilməliydi ki, Azərbaycanın müvafiq dövlət instansiyalarında onun 30 il əvvəlki cinayətləri barədə məlumatlar toplanıb və həmin məlumatlar “Laçın” sərhəd keçid məntəqəsinin bazasında var”, - Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, erməni separatçılar sərhəddə Xaçatryanın həbsi hadisəsindən özləri üçün ən azı iki nəticə çıxarmalı olacaqlar:
“Birincisi, torpaqlarımızın işğalında və qətliamlarda iştirak edənlərin Laçından Ermənistana keçidi mümkün deyil, belələrinin sayı isə az deyil. İkincisi, separatçılar silahları təhvil verməyənə qədər olduqları yerdə qapanıblar, bu halda onlarla bağlı amnistiya da mümkün deyil”.