Şuşa Qlobal Media Forumu medianın üzləşdiyi müasir çağırışları, problemləri müzakirə etmək üçün bizə fürsət yaratdı.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında PA Media Qrupun icraçı direktoru Kliv Marşal deyib.
Kliv Marşal bildirib ki, bu gün sessiyada bir sıra vacib məsələləri müzakirə ediblər: “Peşəkar jurnalistlər faktları yoxlamalı və tərəfsiz informasiya təqdim etməlidirlər. Əlbəttə, biz yeni texnologiyaların, sosial medianın olduğu mürəkkəb bir dövrdə yaşayırıq. Bəzən bu imkanlardan feyk nyus yaymaq vasitəsi kimi istifadə olunur. Ancaq hər bir halda hesab edirəm ki, dəyişikliklərə, yeni imkanlara baxmayaraq, ənənəvi, keyfiyyətli, peşəkar jurnalistikanın parlaq gələcəyi var".
O, ənənəvi medianın nəzarətdə olması fikrinə də münasibət bildirib: "Hesab edirəm ki, medianın nəzarət altında olması ideyası artıq tarixə qovuşur. Çünki artıq gənc nəsil başqa resurslardan informasiyanı götürür, onlar sosial media vasitəsilə informasiyaya çıxış əldə