Klaus Yurgens: Azərbaycan sülh tərəfdarıdır

Klaus Yurgens: Azərbaycan sülh tərəfdarıdır backend

QAZİLER.AZ  APA-ya istinadən  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa Qlobal Forumuna qatılan "Economyfirst Limited London" şirkətinin direktoru Klaus Yurgens deyib.

Klaus Yurgens Şuşada kilsənin restavrasiyasını gördüklərini bildirib: “Bu, Azərbaycanın necə sülh tərəfdarı olduğunu göstərir. Bununla Azərbaycan digər ölkələrə də sübut edir ki, bir şeyi məhv etmək asandır, amma qurub yaratmaq, yenidən bərpa etmək səy tələb edir. Bu, Azərbaycanın həm də xüsusi mesajıdır, məsələyə qurub yaratmaq prinsipi ilə yanaşmasının bariz nümunəsidir. Etiraf edim ki, bu, məni təsirləndirdi və bu mənzərəni görmək çox xoş oldu. Düşünürəm ki, qarşı tərəf də bu cavabı verməli və sülh tərəfdarı olmalıdır. Qarşı tərəfdən ədalətli olmayan və qeyri-qanuni olan tələblər irəli sürülməməlidir. Qarşılıqlı hörmət və münasibət yaranarsa, iki ölkə arasında qonşuluq münasibətləri daha da yaxşı inkişaf edər və insanlar sülh içərisində yaşayar.

Xalqlar arasında sülh bir-birini anlamağa əsaslanmalıdır, onlar bir-birinin gözünün içinə baxmalıdır. Cəmiyyətdə sülhün əldə olunması üçün qonşular birgə yaşamağı öyrənməlidir”.

Klaus Yurgens qeyd edib ki, sülh qarşılıqlı hörmətə əsaslanmalıdır: “Azərbaycana səfərimdən, gördüklərim, xüsusilə də Şuşa səfərindən sonra deyə bilərəm ki, Azərbaycan sülh içində birgəyaşayış üçün rol model ola bilər. Sülhün əldə olunmasında siz media olaraq daha çox aktiv olmalısınız. Öz fikirlərinizi çatdırmaqdan çəkinməməlisiniz. Həmçinin siz obyektiv münasibət sərgiləməli və araşdırmalar aparmalısınız. Sözün açığı, Avropa ölkələrindən olan jurnalistlərin bu məsələlərdə yanaşması fərqlidir, amma düşünürəm siz bu haqda daha çox yazmalısınız, xəbərlər hazırlamalısınız. Belə halda ötürəcəyiniz mesajın Azərbaycan sərhədlərindən kənara çıxmağını təmin edə bilərsiniz. Beynəlxalq qəzetlərdə yazılar yazın, televiziyalarda çıxışlar edin. Bu, düzdür, çox əmək tələb edən işdir, amma etmək olar. Ən vacib məsələ Azərbaycandan kənarda ezam olan jurnalistlərin aktivliyini təmin etməkdir. Onlar bu mesajı daha asan və rahat çatdıra bilərlər. Bu asandımı? Xeyir, amma edilə bilər. Sizin Azərbaycanla bağlı yerli auditoriya üçün yazmaqdan əlavə, xarici auditoriya üçün yazmağınız önəmlidir".

 

 

Diaspora