Ermənistanın Qarakilsə (Vanadzor) şəhərində keçirilən tədbir zamanı qondarma “artsax”ın əski parçası da salon gətirilib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Qarakilsədə Təhsil və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə festival təşkil edilib.
Bu zaman bir nəfər salonda qondarma rejimin əski parçasını qaldırıb. Olaya polis müdaxilə edib və həmin şəxsi həbs edərək salondan çıxarıb. Erməni mətbuatı onun həbs olunduğu zaman çəkilən şəkillərini də yayıb.