Ceyhun Bayramov: Kimlərinsə çağırışına görə yox, milli maraqlarımıza görə siyasətimizi həyata keçiririk

Ceyhun Bayramov: Kimlərinsə çağırışına görə yox, milli maraqlarımıza görə siyasətimizi həyata keçiririk backend

Biz son 2 il yarıma yaxın vaxtda, həmçinin 30 illik işğal dövründə də onlarla, yüzlərlə, hətta minlərlə müxtəlif çağırışlar eşitmişik.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Laçın yolu ilə bağlı açıqlamasına münasibət bildirən xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Təbii ki, bu çağırışları eşitmək lazımdır. Təhlil etmək vacibdir. Biz də bunu edirik, adekvat reaksiyalar veririk. Hesab edirəm ki, zaman onu göstərdi ki, məsələlərin düzgün istiqamətdə inkişafı və həll edilməsi üçün Azərbaycan tərəfi özü sistemli tədbirlərini görməlidir və görür. Azərbaycan dövlətinin özünün beynəlxalq hüququn norma və prinsiplərini gözləməklə məsələləri həll etmək üçün konkret baxışı var. Biz kimlərinsə çağırışı və baxışına görə yox, öz milli maraqlarımıza görə siyasətimizi həyata keçiririk. Əminik ki, bu siyasət müsbət nəticələr verəcək", - nazir əlavə edib.

 

 

Diaspora