Politoloq: BƏM-in qərarı Laçında Azərbaycanın nəzarət-keçid məntəqəsinin beynəlxalq aləm tərəfindən qəbul edildiyini göstərir

Politoloq: BƏM-in qərarı Laçında Azərbaycanın nəzarət-keçid məntəqəsinin beynəlxalq aləm tərəfindən qəbul edildiyini göstərir backend

Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın Azərbaycana qarşı şikayəti rədd edilib. Ermənistan Laçın dəhlizindən Azərbaycan dövlətinə aid olan bütün strukturların - sərhədçilər, Azərbaycan Ordusunun çıxarılmasını tələb edirdi.

QAZİLER.AZ  APA-ya istinadən bildirir ki, bunu açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib.

Zaur Məmmədov deyib ki, Beynəlxalq Ədalət Məhkəməsi əvvəlki qərarına Ermənistanın bu tələbinin əlavə edilməsini qəbul etməyib: “Yəni Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın bu tələbini rədd etdi. Ermənistan tərəfindən danışıqlar aparan Yeqişe Kirakosyan dünən dünya ictimaiyyətini aldadaraq guya İrəvanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı ikinci iddiasının qəbul edilməsi haqqında bəyanat verib. Əslində isə Beynəlxalq Ədalət Məhkəməsi Laçın dəhlizi ilə bağlı fevralın 22-də çıxardığı qərarını təsdiqləyib. Beləliklə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı bir daha göstərir ki, Laçında Azərbaycanın nəzarət-keçid məntəqəsini yerləşdirməsi beynəlxalq aləm tərəfindən qəbul edilir və ermənilərin bu istiqamətdə diplomatik həmlələrinin heç bir nəticəsi olmayacaq. Məlum məsələdir ki, beynəlxalq hüquqda ən ali prinsip - ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərin toxunulmazlığıdır. Azərbaycan Laçında sərhəd-keçid məntəqəsini yerləşdirərək dövlətlər arasında gəliş-gedişin qanuni əsaslarda təmin edilməsinə nail olub. Hazırda ermənilər sərbəst şəkildə yoldan istifadə edə bilirlər. Ermənistanı və separatçıları narahat edən əsl səbəb isə Azərbaycanın Laçında müvafiq post qurmasından sonra Ermənistandan Qarabağa terror məqsədli qanunsuz yüklərin, silahların, terrorçu qrupların girişinin qarşısının alınmasıdır

 

 

Diaspora