UNESCO Baş direktorunun müavini: Bakıda gözləntilərimizdən də üstün nəticələr əldə etdik

UNESCO Baş direktorunun müavini: Bakıda gözləntilərimizdən də üstün nəticələr əldə etdik backend

Bakıya yüksək gözləntilərlə gəlmişdik, gözləntilərimizdən də üstün nəticələr əldə etdik.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bunu UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos MINEPS 2023 beynəlxalq konfransının yekununa dair mətbuat konfransında deyib.

“Biz cənab nazir Qayıbovla və onun komandası ilə birgə bir müddət idi ki, işləyirdik. Konfransın nəticəsi gözləntilərdən də üstün oldu. Biz alyans yaratdıq. Konfransda 124 ölkədən nümayəndə vardı, konfransda nazirlər iştirak edirdi və bu ölkələrin təmsilçiləri razılığa gəldilər ki, əməkdaşlığı davam etdirəcəklər", - Q.Ramos deyib.

O, vurğulayıb ki, bu pandemiyadan sonra ilk konfrans idi və əhəmiyyətli nəticələr oldu: "Özəl sektordan, idman sahəsindən, e-sportdan, dövlət qurumlarından təmsilçilər bu konfransda iştirak etdi. Onlar öz təcrübələrini bölüşdülər. Biz razılığa gəldik ki, "Fit for Life" alyansı üçün fond yaradaq. Bu, bizim təşəbbüsümüzün reallaşmasına təkan verəcək. Azərbaycana bu konfransın keçirilməsində verdiyi dəstəyinə görə təşəkkür edirik".

UNESCO-nun İdmanda dopinqlə mübarizə haqqında Beynəlxalq Konvensiyası üzrə Tərəflərin Konfransının (COP) 8-ci sessiyasının sədri Markos Diaz çıxışında Azərbaycan hökumətinə təşəkkür edib. O bildirib ki, sonuncu iclas 7 il əvvəl keçirilib.

O vurğulayıb ki, konfransda qəbul olunan yekun sənəd qlobal bələdçi rolunu oyanacaq, insanların idmanla bağlı vizyonunu dəyişdirəcək: "Mən Azərbaycanı bu konfransa ev sahibliyi etdiyi üçün təbrik edirəm".

Diaz vurğulayıb ki, idman müxtəlif ölkələri onların mədəniyyətini müxtəlif coğrafiyalarda tanıtmaq gücünə malikdir.

 

 

 

Diaspora