Türkiyə Qazaxıstana dəstək verməyə hazırdır - Ərdoğan

Türkiyə Qazaxıstana dəstək verməyə hazırdır - Ərdoğan backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

QAZİLER.AZ  Trend-ə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Abay bölgəsində baş verən meşə yanğınları ilə bağlı Türkiyənin lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.

Söhbət zamanı Qurban bayramı ilə bağlı qarşılıqlı arzular səsləndirilib. Liderlər həmçinin bu bayramın bütün bəşəriyyətə, xüsusilə də İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzuladıqlarını bildiriblər.

 

 

Diaspora