Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Söhbət zamanı Paşinyan Ərdoğanı Qurban bayramı münasibəti ilə təbrik edib.
Onlar iki ölkə arasında münasibətlərin tənzimlənməsi prosesini müzakirə ediblər.
Türkiyə-Ermənistan arasındakı sonuncu razılaşmaya əsasən, turizm mövsümünün əvvəlində quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması məsələsi də müzakirə edilib.