Türkiyədə dalğıclar dənizin dibini təmizləyib: suya atılanlar təəccübləndirib - VİDEO

Türkiyədə dalğıclar dənizin dibini təmizləyib: suya atılanlar təəccübləndirib - VİDEO backend

Türkiyədə Samsunun Atakum rayonundakı Yaxta Limanı ərazisində Sahil Mühafizəsi Komandanlığı və Samsun Polis Şöbəsinin dalğıcları tərəfindən dənizin təmizlənməsi işləri aparılıb.

Qaziler.az İHA-ya istinadla xəbər verir ki, təxminən 45 dəqiqə davam edən təmizlik zamanı dənizdən xeyli zibil çıxıb.

Canlıların həyatını təhlükəyə atacaq çoxlu sayda plastik, metal butulkalar, şüşə tullantıları və avtomobil şinləri dalğıclar tərəfindən sudan çıxarılıb.

Dalğıclar dənizi təmizləyərkən, balaca uşaqlar da ətrafıdakı ərazini təmizləyiblər.

QAZİLER.AZ

Diaspora