Baydenin yıxılması ilə bağlı Ağ Evdən açıqlama

Baydenin yıxılması ilə bağlı Ağ Evdən açıqlama backend

ABŞ Prezidenti Co Bayden özünü yaxşı hiss edir, tibbi müayinəyə ehtiyac yoxdur.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Karin Jan-Pyer deyib.

“Yıxılmağa gəldikdə, həkim müayinəsinə gərək olmayıb. Prezident özünü yaxşı hiss edir. Bəziləriniz onu Ağ Evin həyətində, elə bu mövzuda danışarkən görmüsünüz”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün C.Bayden Hərbi Hava Qüvvələrinin Akademiyasının məzuniyyət günündə kürsüyə çıxan zaman yıxılmışdı.

 

 

Diaspora