Lavrovun qızı Gürcüstana toya gəldi, Prezident əsəbiləşdi

Lavrovun qızı Gürcüstana toya gəldi, Prezident əsəbiləşdi backend

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya xarici işlər nazirinin sanksiyalar altında olan qızı Yekaterina Vinokurovanın ölkəyə buraxılmasına icazə verən təhlükəsizlik xidmətini və Daxili İşlər Nazirliyini tənqid edib.

QAZİLER. AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Zurabişvili sosial şəbəkə hesabında yazıb.

“Demək istəyirsiniz ki, kimin gəldiyindən xəbəriniz yoxdur? Putinin çevrəsindən ən yüksək məmurun qızı ölkəyə gəlir, amma siz bilmirsiniz? Deməli, dünən Saakaşvilinin ölkəyə gəldiyini bilmirdilər, bu gün isə sanksiyaya məruz qalan rusların gəlişindən xəbərsizdirlər”, - o qeyd edib.

Prezident hakimiyyətə çağırış edərək, sanksiya altında olan heç kimin ölkəyə buraxılmamasını tələb edib:

“Bu, geosiyasi mövqeyinə görə təhdid altında olan və Avropa ölkələrindən daha çox müdafiəyə ehtiyacı olan ölkəmiz üçün minimum qorunmadır”

Qeyd edək ki, Sergey Lavrovun qızının gəlişi barədə cümə günü məlumat yayılsa da, rəsmi mənbələr nə təsdiq, nə də təkzib edib. Şənbə günü isə Sergey Lavrovun qızının gəldiyi Kaxetidə toyun planlaşdırıldığı otelin yaxınlığında etiraz aksiyası keçirilib və polislə toqquşmalar başlayıb.

Axşama yaxın Zurabişvili bildirib ki, DİN-dən toyun ləğv edildiyi barədə məlumat alıb.

 

 

Diaspora