CHP cəbhəsindən Azərbaycana qarşı şok iddia

CHP cəbhəsindən Azərbaycana qarşı şok iddia backend

Türkiyədə seçki gərginliyinin atması fonunda CHP cəbhəsindən Azərbaycanla bağlı qəribə iddia irəli sürülüb: CHP-yə yaxınlığı ilə bilinən “Tele1” kanalının rəhbəri Mərdan Yanardağ Kılıçdaroğlunun I turdan öncə Rusiya əleyhinə olan tvitini tənqid edir və iddia edir ki, bu tvitin səbəbkarı Azərbaycan prezidentidir.

Bunu hansı məntiqlə dediyi anlaşılmır, əslində iddianın müəllifi də izah edə bilmir. Sadəcə sözlərindən belə nəticə çıxır ki, Əliyevin Ərdoğanla müsbət münasibətləri, yaxud Azərbaycanda Ərdoğana olan dəstək Kılıçdaroğlunu “Rusiyanın adını çəkməyə” vadar edib.

İddianın məntiqini anlamaq doğrudan da çətindir.

Kılıçdaroğlu İncənin namizədlikdən çəkilməsini “Rusiyanın seçkiyə müdaxiləsi” ilə izah etmişdi, halbuki, İncə özü buna görə FETÖ/PKK-nı günahandırmış, prosesdə CHP-nin də ola biləcəyinə işarə vurmuşdu. Rusiyanın adının hallandırılması “iz azdırmaq” kimi görünürdü. Moskvanın reaksiyasından sonra da geri addım atdılar.

İndi bu məsələdə Azərbayanın adının hallandırılması yenidən “iz azdırmaq” məqsədi daşıyır, yoxsa, bu, Yanardağın öz təxəyyülünün məhsuludur və ya bu iddianın arxasında elə Rusiyanın, yaxud bu ölkədəki müəyyən qrupların “hakimiyyət dəyişərsə, Bakı-Ankara xəttinə öncədən “dinamit döşəmək” planı dayanır?!

Müxtəlif ehtimallar göz önünə gəlir. Bütün hallarda bu seçkidə CHP xəttindən Azərbaycanla bağlı sərgilənən mövqe xoşagələn deyil.

 

 

Diaspora