İran parlamentinin deputatı Əhməd Naderi “Hüseyniyyun” terror qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində həbs olunmasına reaksiya verib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, deputat terrorçu qruplaşma rəhbərlərinin həbsini düzgün hesab etməyib.
“Bu, milli maraqlara ziddir”, - o bildirib.Qeyd edək ki, İrana bağlı terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində həbs olunmasına dair məlumat yayılmışdı.