Bu gün bu mərasimdə iştirakım Türkiyə və Liviya xalqları arasında tarixi bağları göstərir.
QAZİLER.AZ APA-ya istinadən verdiyi xəbərə görə, bunu İstanbulda Atatürk Hava Limanında Türkiyənin Aviasiya, Kosmos və Texnologiya Festifalı – Texnofest-2023-də çıxışında Liviya Baş naziri Əbdülhəmid Dibeybə bildirib.
Liviya Baş naziri deyib ki, Türkiyə bu gün uğurlu dövlət idarəçiliyi modeli yaradıb: “Bu idarəçilik xalqa və millətə xidmət edir. Son günlər açılışı olan Akkuyu AES-lə Türkiyənin AES-ə sahib olması münasibəti ilə təbrik edirəm. Türkiyənin elektrik enerjisinə ehtiyacının 10 faizi bu AES hesabına təmin olunacaq”.
Əbdülhəmid Dibeybə qeyd edib ki, Türkiyə bu gün bütün təzyiqlər qarşısında dik durur: “Türkiyədə baş verən zəlzələdən sonra fəlakətin nəticələrinin necə sürətlə aradan qaldırıldığını müşahidə etməliyik”.
Liviya Baş naziri nəzərə çatdırıb ki, bu gün keçirilən festivalda Türkiyənin kosmik sahədə necə inkişaf etdiyini müşahidə edirik: “Türkiyə texnoloji şirkətlərinə, xüsusən Baykar şirkətinin Liviyanın hava məkanının qorunmasına verdiyi töhfəyə görə təşəkkür edirəm. Allah birliyinizi, bərabərliyini daimi etsin”.