Arutyunyan: Bayrağın yandırılması uğursuzluğa işarədir

Arutyunyan: Bayrağın yandırılması uğursuzluğa işarədir backend

Ermənistanda hər düşünülməmiş “qəhrəmanlıq” addımı xoşagəlməz nəticələrə səbəb ola bilər.

QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Aparatının rəhbəri, Ağır atletika üzrə Avropa çempionatının Təşkilat Komitəsinin sədri Araik Arutyunyan çempionatın açılışında Azərbaycan bayrağının yandırılması ilə bağlı insidenti şərh edərkən bildirib.

"Azərbaycan bayrağı ilə bağlı insident tərəqqi yolunda uğursuzluğa işarədir", - Arutyunyan vurğulayıb.

Qeyd edək ki, aprelin 14-də İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində tədbirin təşkilatçılarından olan stilist Aram Nikolyanın səhnəyə qaçaraq, Bayrağımızı qapıb yandırması səbəbindən Azərbaycan idmançıları yarışda iştirakdan imtina edib və Vətənə qayıdıblar

 

 

Diaspora