Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Niderland parlamentariləri ilə görüşlər keçirib

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Niderland parlamentariləri ilə görüşlər keçirib backend

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun Niderlanda səfəri çərçivəsində bu ölkədəki siyasi partiyaların deputatları ilə görüşlər keçirilib.

QAZİLER.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev özünün "Twitter" səhifəsində yazıb.

Səfir Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov ilə Azərbaycan və Niderland arasında əməkdaşlıq və regional məsələlər ətrafında konstruktiv fikir mübadiləsinə görə deputatlara təşəkkür edib.

Bildirilir ki, görüşlər “Demokratlar 66” Partiyasının koalisiyasına daxil olan hakim “Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası”nın, həmçinin “Volt”, “DENK”, "Niderlandın maraqları naminə” partiyalarının nümayəndələri və “Ja21” partiyasından olan senatorla keçirilib.

 

 

Diaspora