İran səfirliyinin tərcüməçisi AzTV kamerasına hücum etdi

İran səfirliyinin tərcüməçisi AzTV kamerasına hücum etdi backend

Xəbər verdiyimiz kimi, ötən gün İran səfirliyinin 4 əməkdaşı diplomatik statusa və diplomatik əlaqələr haqqında 1961-ci ilə Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə rəsmi Bakı tərəfindən "persona non-qrata" elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.

QAZİLER.AZ Axar.az-a istinadən  xəbər verir ki, bu barədə reportaj hazırlayan AzTV telekanalının aldığı məlumata əsasən, iranlı diplomatlar hələ də Azərbaycan ərazisini tərk etməyib.

Məlumatı dəqiqləşdirmək üçün İran səfirliyinin önünə gələn AzTV əməkdaşlarına isə səfirliyin tərcüməçisi olduğunu bildirən şəxs hücum edib.

 

 

 

Diaspora