Türkiyə prezidenti Ərdoğan :" Son vətəndaşımızdan xəbər alana qədər axtarışlar davam edəcək"

Türkiyə prezidenti Ərdoğan :" Son vətəndaşımızdan xəbər alana qədər axtarışlar davam edəcək" backend

Martdan inşaat işlərinə başlanacaq

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı AFAD Mərkəzində dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın jurnalistlərlə görüşü oldu.

Ərdoğan əsasən dağıntıya məruz qalan şəhərlərin bərpa məsələsi ilə bağlı danışaraq bildirdi ki, hazırda bəzi yerlərdə artıq axtarış əməliyyatları sona çatıb. Zəlzələ baş verən andan biz dağıntılar altında qalan vətəndaşlarımızın xilas olması üçün təcili tədbirlər görmüşük.

O, həmçinin qeyd etdi ki, hazırda dağıntıya məruz qalan şəhərlərdə 25000 məmur iş başındadır, 35000 xilasedici dağıntıların altında qalmış vətəndaşların həyatını qurtarmaqla məşğuldu. Bundan əlavə 71 ölkədən Türkiyəyə əlavə xilasedici qruplar göndərilib. Təbii ki, bu da işlərimizin sürətlə getməsinə dəstəkdir.

Vətəndaşlarımız ağır durumdadır. Biz son vətəndaşımızdan xəbər alana kimi işlərimizi davam etdirəcəyik. Çalışacayıq ki, yenidənqurma işlərinə mart ayından başlayaq. 

QAZİLER.AZ

Diaspora