AFAD vətəndaşlara xəbərdarlıq etdi

AFAD vətəndaşlara xəbərdarlıq etdi backend

Qeydiyyatdan keçməyənləri otellər qəbul etməyəcək

Zəlzələdə zərərçəkmiş vətəndaşlar soyuq qış günündə evsiz-eşiksiz qalıblar. Onların yerləşdirilməsi üçün dövlət tərəfindən tədbirlər görülür.

QAZİLER.AZ-ın AFAD əməkdaşından aldığı məlumata görə vətəndaşlar AFAD məntəqələrində qeydiyyatdan keçməlidirlər. Bundan sonra onlara yerləşəcəkləri məkana bildiriş təqdim olunacaq. Nümayəndə bildirib ki, bildirişi olmayan vətəndaşları otellər qəbul etməyəcək. Bildirişi alan vətəndaş yerləşdikdən sonra orda geyim üçün müraciət edəcək. Geyim üçün 10 min nəfərlik bir dükan tipli salon ayrılıb ki, zərərçəkmiş vətəndaşlar ordan lazım olan bütün geyimlərini asanlıqla və rahatlıqla seçə biləcəklər. 

QAZİLER.AZ

Diaspora