Jurnalist Aydın Can həbs olundu

Jurnalist Aydın Can həbs olundu backend

Eynulla Fətullayev jurnalistdən şikayət edib

Tanınmış jurnalist Aydın Caniyev (Aydın Can) həbs olunub. Bu haqda vəkil Adil Məsiyevə "Təzadlar.az"-a məlumat verib. Yasamal Rayon Məhkəməsində jurnalistin həbsiylə bağlı qərar çıxarılıb. Onun barəsində Baş Prokurorluq tərəfindən məhkəməyə təqdimat daxil olub.

QAZİLER.AZ "TƏZADLAR.AZ"a istinadən bildirir ki,  Aydın Caniyev haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə bir ay müddətinə inzibati həbs qərarı verilib. Canıyevin həbsinə səbəb kimi jurnalist Eynulla Fətullayevin onun barəsində Baş Prokurorluğa şikayət etməsi bildirilib. Jurnalist  şikayətində Aydın Caniyev tərəfindən təhqir edildiyini göstərib. O, bu barədə özünün Facebook hesabında da paylaşım edib. O, paylaşımında Kamran Əliyevə və məhkəməyə təşəkkür edib. Məsələ ilə bağlı Aydın Caniyevin Facebook hesabında da paylaşım edilib.

Sitat:  "Yasamal məhkəməsi Aydın Cana 1 aylıq inzibati həbs verdi. Eynulla Fətullayevin Baş Prokurorluğa Facebook statuslarına görə  iddia ərizəsi ilə müraciət edib. Aydın Can qərara etiraz etməyib, vəkildən imtina edib. Bir aydan sonra hər şeyi hər kəsi AYDINlatmaq ümidiylə...” .

 

Diaspora