Moskvada Ali Məhkəmə hakimi sürücünün xeyrinə hökm çıxardı

Moskvada Ali Məhkəmə hakimi sürücünün xeyrinə hökm çıxardı backend

Park edilmiş avtomobilin yanında spirtli içki içən sürücü bəraət aldı

Ali Məhkəmə  avtomobil idarə edərkən spirtli içki qəbul etdiyinə görə vəsiqəsindən məhrum edilən moskvalı sürücüyə qarşı işin dayandırılmasına qərar verib. Bu barədə ölkə mətbiatı məlumat yayıb.

Qeyd olunur ki, işin materiallarına əsasən, Dövlət Yol Müfəttişliyinin əməkdaşı avtomobilinin yanında dayanaraq spirtli içki qəbul edən Moskva sakini barəsində protokol tərtib edib. Eyni zamanda avtomobil də söndürülüb. Buna görə də adamın hüquqları əlindən alınıb.

Ali Məhkəmə park edilmiş avtomobilin yanında spirtli içki içməyin qanun pozuntusu olmadığına aydınlıq gətirib. Sürücü barəsində açılan cinayət işinə xitam verilib.

QAZİLER.AZ

 

Diaspora