"Bu gün Kəlbəcərdə şəhid verməyimiz, heç də təsadüf deyil"

"Bu gün Kəlbəcərdə şəhid verməyimiz, heç də təsadüf deyil" backend

Azərbaycan-Ermənistan sərhədindəki erməni əsgərlərinin Kəlbəcərdə hərbi xidmətdə olan Azərbaycan əsgərlərinin olduğu mövqelərə atəş açmaları nəticəsində bir Azərbaycan əsgəri şəhid olub. 

 

 Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz Moderator.az-a açıqlamasında məhz bu gün belə bir terror hadisəsinin yaşanmasını təsadüf hesab etmir:

 

“Ermənistan terrordan və qandan bəslənən bir dövlətdir. Varlıq səbəbini terrora, qana, haqsızlığa borcludur. Bu gün Kəlbəcərdə əsgərimizi şəhid etməsi bir daha bunu təsdiq etdi.  Azərbaycanın sülh üçün əlindən gələni etməsinə rəğmən, Ermənistanın atəşkəsi pozması terror fəaliyyəti yaratmaqdır.  Kəlbəcərdə şəhid verməyimiz, əslində, heç də təsadüf deyil. Uzun müddətdir ki, Ermənistan bölgədəki mövcud durumu, yeni yaranan statusu pozmaq üçün bunu özünə fürsət bilir. Ermənistan bölgədə hüzursuzluq, davamlı bir gərginlik mühiti yaratmaq üçün əlindən gələni etməyə çalışır. Bunu Brüssel görüşmələri zamanı da etməyə çalışmışdı, amma uğursuz olmuşdu. Bu gün rus sülhməramlıların rəhbərliyində dəyişiklik olub. Ermənilər yeni komandirə "xoş gəldin" demək psixologiyası üçün belə bir terror fəaliyyəti həyata keçirirlər.

 

Azərbaycan tərəfi hər zaman olduğu kimi, hüquq və haqq içərisində ancaq beynəxalq hüquqa arxalandı. Şəhidimizin bir damla qanı belə yerdə qalmayacaq. Azərbaycan torpaqlarına və əsgərinə  qarşı törədilən bu hərəkətlərə artıqlaması ilə cavab veriləcək. Ermənistan cavabsız qaldığı müddətcə qanla bəslənməyə davam edəcək. 10 noyabr bəyanatından sonra demişdik ki, əsas çətin dövr bundan sonra başlayır. Aradan bir il keçəməsinə baxmayaraq, zaman bizim öngörüşümüzü təsdiqlədi. Ermənistan müharibə dövründə tapa bilmədiyi dəstəyi indi tapmağa çalışır. Bu, səhv tərcihdir. Bu bölgədə sülh olması hər kəsin xeyrinə ola bilər.  Mən bu dava uğruna bütün şəhidləri hörmətlə anıram".

Diaspora