"Bu dəfə Əli Həsənov və KİV DF-nin sabiq direktoru Vüqar Səfərlinin mətbuatda yazılmayan fəaliyyətindən, daha dəqiq desək bərk gedən redaktorlarımızın qorxduğu və çəkindiyi işlərindən yazmaq istəyirəm. Söhbət Əli Həsənovun qaz vurub-qazan doldurduğu və birbaşa nəzarət etdiyi mətbəələrdən gedir".
Sfera.az xəbər verir ki, bu fikirləri KİVDF-nin sabiq əməkdaşı, jurnalist Məhəbbət Orucov rəsmi Facebook səhifəsində qeyd edib.
O bildirib ki, etibarlı mənbələrin verdiyi məlumata görə, Prezidentin sabiq köməkçisi Əli Həsənov bu sahədə lk olaraq KİV DF-nin sabiq direktoru Vüqar Səfərliyə məxsus mətbuat yayımının tərkibində fəaliyyət göstərən, nəşriyyatın yaxınlığındakı binanı ələ keçirərək orada şərikli mətbəə yaradıb və buradan gələn gəliri Vüqar Səfərli ilə öz aralarında bölüşdürüb.
"Əli Həsənovun himayə etdiyi digər mətbəə isə zaman qəzetinə məxsus mətbəə olub ki, bura da bir müddət Əli Həsənova yaxın qəzetlər və onu kitabları işıq üzü görüb. Mötəbər mənbələrdən əldə etdiyimiz məlumatda həmçinin bildirilib ki, Əli Həsənov eyni zamanda Türkiyə vətəndaşı olan kürd əsilli Xəlil Kanla da mətbəə yaradıb. Adı " Son dəqiqə” olan mətbəə nəşriyyatın arxasında bir zamanlar itləri öldürülüb məhv edən binanın içərisində yerləşir. Əli Həsənovun Xəlil Kanla açdığı mətbəədə uzun illər rayonda çıxan və ölkə miqyasında fəaliyyət göstərən qəzetlər nəşr edilib. Mənbə bildirir ki, həmin qəzetlərin mətbəədə çap edilməsi bir başa Əli Həsənovun tapşırığı ilə həyata keçirib. Son məlumata görə, Ə. Həsənovun nəşriyyatları ilə bağlı yazdığımız qıssa məlumatlardan sonra Əli Həsənovun şəriki Xəlil adı çəkilən mətbəəni 80 min manat müqabilində satışa çıxarıb. Mənbə eyni zamanda bildirib kürd əsilli Xəlil Kanın oğlu hazırda Prezident Administrasiyasında çalışır".